Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güclü dövlətimiz - güclü ordumuz

0

  •       Bəli bu gün 26 iyun, Milli ordumuzun yarandığı tarix. Qədim dövlətçilik adət ənənələrinə malik olan Azərbaycan, həm də qədimdən möhtəşəm ordu quruculuğuna da malikdir. Biraz tarixi keçmişə qayıtsaq, Azərbaycanın ilk mərkəzləşmiş dövləti olan Manna dövlətindən tutmuş bugünkü müstəqil Azərbaycan respublikasına qədər möhkəm və iradəli ordumuzun olmuşdur. Azərbaycanda hökmdarlıq etmiş hər bir hər bir sülalənin başında durmuş sərkərdələrimiz vardır ki onlara misal Cavanşir, Babək, Şəmsəddin Eldəniz Qara Yusif, Azərbaycanı Avropa ilə tanış etmiş Həsən padşah, ölkəmizi böyük ərazili siyası qüvvəyə çevirmiş Şah İsmayıl Xətai, itirilmiş torpaqlarımızın bərpasini başa çatdırmış I Şah Abbas, əməlləri və cəsarətlərilə l dünya müharibəsində nəinki xalqımızın, sovetlər birliyində müdafiə olunmuş hər bir xalqın rəğbətini fəth etmiş Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovu və s. yüzlərlə oğullarımızı göstərmək olar. Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən həmişə güclü olduğu qədər də ordu quruculuğu cəhətdən də zəngin olmuşdur. Bu zənginliyin və tarixi adətin nəticəsi idi ki Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci 26 iyun tarixində müstəqil Azərbaycanın Milli ordusunun da əsasını qoymuşlar. Həmin Milli ordu ki II Qarabağ döyüşlərində gücümüzü nəinki düşmənə, eyni zamanda bütün dünyaya çatdırmış oldu. Həmin Milli ordu ki ölkəmizdə hakim olmuş 70 illik sovet imperiyasının mövcud olduğu dövrdə belə öz varlığını qoruyub saxlamışdır. Həmin Milli ordu ki müasir tariximizin ən güclü sərkərdəsi azadlığımızın sonuncu qurucusu olan Ulu öndər Heydər Əliyev tərəfindən təkrar komplektləsdirilmiş, əvvəlkindən daha qüdrətli, nizam intizamlı, intiqam ruhlu əsgərlərlə dolu olan dünya ordu sıralarında öz sözünü demiş bir qüvvəyə çevrilmişdir. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev həmin siyasəti məharətlə davam etdirir, Dəmir Yumruq səviyyəsinə gətirilmişdir. Ali Baş Komandanımızın əzmkar, dayanıqlı, ağıllı və uzaqgörən siyasətinin nəticəsi idi ki Dəmir Yumruq ordusunun zərbələrilə 30 il üzünü belə görməkdən məhrum olduğumuz torpaqlarımıza qovuşduq. Tarixi həqiqət və ədalət bərpa olundu. Qüdrətli ordumuzun əyilməz və iradəli başçısı olduğu kimi, həm də əsgərləri var. O əsgərlərə ki Vətən müharibəsində hamılıqla döyüşə atıldı, minlərlə şəhid verdi, minlərlə Qaziləri var. Özüm də bu ordunun və bu döyüşün əsgəri olduğum üçün Ali Baş Komandanımız başda olmaqla xalqımız, torpağımız, şəhid və qazilərimizlə qürur duyuram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Amin! Sonda ordumuzun bütün əsgər və zabitlərini bu bayram münasibətilə təbrik edir, hər birinə uzun ömür cansağlığı arzulayıram.Qoşqar Orucov,Xocalı rayon 5 saylı tam orta məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib57 dəfə
    Güclü dövlətimiz güclü ordumuz

    Maraqlı gələ bilər
    32
    179
    13
    22